Bakı. Trend:
İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 30-35° olacaq. Atmosfer
təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%,
gündüz 35-40% olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər
arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 35-39°, dağlarda gecə 11-16°, gündüz 21-26° olacaq.