...

Birinci Qarabağ müharibəsində şəhid olanların nəşləri Xocavəndə göndərildi (FOTO)

Cəmiyyət Materials 12 İyul 2024 09:09 (UTC +04:00)
Birinci Qarabağ müharibəsində şəhid olanların nəşləri Xocavəndə göndərildi (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlərin nəşləri Xocavəndə göndərilib.

Trend xəbər verir ki, Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu, Mustafayev Qərib Həsrət oğlu və Mirzəyev Məmməd Hüseyn oğlunun nəşləri dəfn olması üçün Beyləqan rayonundan yola salınıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan mərasimdə insan izdihamı yaşanıb. Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfn mərasimi şəhidlərin doğulduğu və uğrunda həlak olduğu Xocavənd rayonunun Qaradağlı kənd qəbiristanlığında olacaq.

Xəbər lenti

Xəbər lenti