...

Azad edilmiş ərazilərdə daha 147 mina təmizlənib

Cəmiyyət Materials 15 İyul 2024 15:55 (UTC +04:00)
Azad edilmiş ərazilərdə daha 147 mina təmizlənib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (08.07.2024 - 14.07.2024) açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 79 piyada əleyhinə mina, 68 tank əleyhinə mina, 397 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1284,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti