...

Leysan yağacaq, dolu düşəcək

Cəmiyyət Materials 16 İyul 2024 12:29 (UTC +04:00)
Leysan yağacaq, dolu düşəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Azərbaycanın bəzi bölgələrində yağış yağacağı gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26°, gündüz 32-37° olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək, dağlarda gecə 12-17°, gündüz 21-26° olacaq.

Xəbər lenti

Xəbər lenti