Ağdam. Trend:
Ağdamda səfərdə olan beynəlxalq səyyahlar Şəhidlər Xiyabanından sonra Ağdam Dram Teatrının qalıqları ilə tanış olub. Onlara şəhər haqqında məlumat verilib.
Trend xəbər verir ki, daha sonra səyyahlar Ağdam Cümə Məscidində olub.
Onlara məlumat verilib ki, ermənilər işğal dövründə məsciddə heyvanlar saxlayıblar. Vətən Müharibəsindən sonra məscid əsaslı bərpa olunduqdan sonra istifadəyə verilib.
Bununla da Ağdama səfər başa çatıb. Nümayəndə heyətinin sabah Laçın istiqamətində hərəkət edəcəyi gözlənilir. Daha sonra isə Şərqi Zəngəzura səfər planlaşdırılıb.
xxx
17:02
Dünyanı miqyaslı dörd nəhəng səyyah klubundan biri olan - Most Traveled People (MTP) səyahət klubunun 35 nəfərlik heyəti Ağdama gəlib.
Trend xəbər verir ki, Ağdama gələn səyyahlar erməni vandalizminə məruz qalan Ağdam şəhidlər xiyabanın ziyarət ediblər.
xxx
11:49
Dünyanı miqyaslı dörd nəhəng səyyah klubundan biri olan - Most Traveled People (MTP) səyahət klubunun 35 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, beynəlxalq səyahətçilər səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti, həmçinin şəhərin işğaldan azad edilməsindən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olacaqlar.
Xatırladaq ki, heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vili (Charles Veley) rəhbərlik edir, səfərə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.
Qeyd edək ki, bundan əvvəl MTP (Most Traveled People) 3 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu, həmin klubun işğaldan azad edilən ərazilərə sayca 4-cü səfəridir. 44 günlük Vətən müharibəsindən ötən 4 il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.
xxx
10:01
Füzuli. Trend:
Dünya miqyaslı 4 nəhəng səyyah klubundan biri olan - MTP (Most Traveled People) səyahət klubunun rəhbəri də daxil olmaqla, 35 nəfərlik geniş heyətinin bu gün Qarabağa səfəri başlayıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk 10-luğa düşmüş Çarlz Vili (Charles Veley) rəhbərlik edir, səfərə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.
Bundan əvvəl MTP (Most Traveled People) 3 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu, həmin klubun işğaldan azad edilən ərazilərə sayca 4-cü səfəridir.
Vətən müharibəsindən ötən 4 il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.
Bu səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var.
MTP (Most Traveled People) səyahət klubunun təsisçisi və rəhbəri, amerikalı səyyah Çarlz Vili (Charles Veley) bir neçə gün əvvəl “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumununda da iştirak edib. O, həmin forumda “fake news”ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolunu vurğulayıb, bir sıra xarici media orqanlarında Qarabağ barədə təqdim olunan saxta məlumatlarla yerində gördükləri arasında kəskin fərqi izah edib.
MTP-nin bu dəfəki səfəri 3 gün davam edəcək. Heyətin Qarabağa səfəri Füzulidən başlayıb. Bu gün beynəlxalq səyahətçilər Xocavənddə, Şuşada, Xankəndində və Ağdamda olacaq. Sabah isə onlar Şərqi Zəngəzura səfər edəcək. Səfərin sonuncu günü isə heyət Zəngilanda və Cəbrayılda olacaq.