...

Xarici səyyahlardan ibarət heyət Laçına səfər edib (FOTO) (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 26 İyul 2024 14:58 (UTC +04:00)
Xarici səyyahlardan ibarət heyət Laçına səfər edib (FOTO) (ƏLAVƏ EDİLİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Azərbaycana gələn dünya səyyahları işğaldan azad olunan ərazilərə səfər zamanı Laçın şəhəri ilə yaxından tanış olublar.

Trend-in Qarabağ bürosu xəbər verir ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-nin MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley-nin rəhbərlik etdiyi səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir.

Səfərin marşrutuna uyğun olaraq Kəlbəcərdə olan səyyahlar daha sonra Laçına gəliblər. Şəhərdə aparılan tikinti quruculuq işləri ilə tanış olublar. Onlara məlumat verilib ki, hazırda Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndlərində də sakinlər öz doğma yurdlarına qayıdıb.

Bildirilib ki, Laçın şəhərində 534 ailə olmaqla 1971 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin, Sus kəndində 59 ailə olmaqla 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb. Həmçinin, rayon ərazisində görülən mühüm işlər barədə səyyahlara məlumat verilib.

Qeyd edək ki, son 4 ildə 50-ə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə səfərdə olub. 25-27 iyulda bir qrup beynəlxalq səyahətçinin MTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri sayılır. MTP-nin səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Charles Veley rəhbərlik edir. O, dünya üzrə 4 nəhəng səyyah şəbəkəsindən biri olan – MTP (Most Traveled People) Klubunun təsisçisi və rəhbəridir. Dünya səyyahlarının beynəlxalq reytinqində adı ilk 10-luqdadır. Bundan əvvəl 4 dəfə işğaldan azad edilmiş ərazilərdə səfərdə olub, onlardan 3-də MTP heyətlərinə başçılıq edib.

xxx

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, qonaqlara şəhərin tarixindən, işğal zamanı məruz qaldığı dağıntılardan danışılıb.

Səyyahlar Laçın ərazisində aparılan bərpa işlərinin nəticələri ilə tanış olublar.

Qeyd edək ki, son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vilinin (Charles Veley) rəhbərliyi ilə 13 ölkədən 35 tanınmış səyyah daxildir. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Səfər dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti