Bakı. Trend:
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
xxx
28.07.2024
23:22
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.