...

“Koroğlu” metrostansiyası ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb

Cəmiyyət Materials 29 İyul 2024 18:08 (UTC +04:00)
“Koroğlu” metrostansiyası ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Koroğlu” metrostansiyasının cənub çıxışında avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, fərdi və ictimai nəqliyyat qovşağını (park and ride) əlaqələndirən yeni multimodal nəqliyyat mübadilə mərkəzi (HUB) yaradılıb.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Yaradılan multimodal HUB sayəsində sərnişinlərin avtobus, dəmiryolu və metro arasında rahat keçidi təmin ediləcək, nəqliyyatın xaotik hərəkətinin qarşısı alınacaq, habelə avtobusların boş yürüş məsafəsi azaldılmaqla əsas magistrala çıxışı asanlaşacaq.

Ərazidə, həmçinin əhalinin nəqliyyat vasitələrini park edərək ictimai nəqliyyatdan istifadəsi üçün şərait yaradılıb.

Həyata keçirilən işlər çərçivəsində metrostansiyanın cənub çıxışında dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılıb. Minik avtomobilləri üçün “park and ride” tipli 200-ə yaxın parklanma yeri təşkil edilib. Taksi minik avtomobilləri üçün duracaq yaradılıb. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, ilkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm (140, 140E, H1, 141E, 160, 171, 172, 214, M8, 60, 62, 70, 93, 184, 204) marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti