...

Cari ayda 74 nəfər zəhərlənib, 5 nəfər ölüb

Cəmiyyət Materials 2 Avqust 2024 09:17 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, 2-si kimyəvi maddələrdən, 2-si fosfor üzvi birləşmələrdən, 1 nəfər qidadan zəhərlənən şəxslərdir.

Həmçinin 7 nəfər allergik reaksiya, 6 nəfər ilan sancması, 2 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (4 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti