...

Korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə başlanılır

Cəmiyyət Materials 26 Avqust 2024 12:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi həyata keçirilən ümumi təhsil müəssisələrində korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.

BŞTİ-dən Trend-ə bildirilib ki, müsabiqə 2 mərhələdən (elektron qeydiyyat, müsahibə mərhələsi) ibarətdir. Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra namizədlərin əlaqə telefonlarına SMS vasitəsilə müsahibənin keçirilmə günü, saatı və məkanı haqqında məlumat göndəriləcək.

Korreksiyaedici pedaqoq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər avqustun 26-dan 31-dək link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müsabiqə ilə bağlı sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti