...

Ötən gün 34 cinayətin üstünün açılması təmin olunub - DİN

Cəmiyyət Materials 28 Avqust 2024 10:10 (UTC +04:00)
Ötən gün 34 cinayətin üstünün açılması təmin olunub - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 27-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti