...

Sentyabrın 1-də "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq

Cəmiyyət Materials 31 Avqust 2024 19:12 (UTC +04:00)
Sentyabrın 1-də "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı sentyabrın 1-də “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Trend-in Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, həmin gün vətəndaşlara yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidməti göstəriləcək.

Bildirilib ki, vətəndaşlar həmin gün yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti