Bakı. Trend:
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Trend-in verdiyi məlumata görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda sıxlıq müşahidə edilən ərazilər aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası
istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından şəhər mərkəzi
istiqamətində;
3. Heydər Əliyev prospekti, əsas yolda, mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən
Atatürk prospektinə qədər;
5. Xətai prospekti, Heydər Əliyev prospektinə doğru;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində.