...

Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək

Cəmiyyət Materials 17 Sentyabr 2024 12:09 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşdə davamlı və uzun müddət baş verən alışmalar hesabına aktivlik yüksək həddə qalxıb. M (radiodalğaları əngəlləyən, yayılmasına mane olan), eləcə də X sinif (güclü) alışmalar hesabına Günəş aktivliyi Yerdə maqnit qasırğaları yaradıb.

Bu barədə Trend-ə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, Günəşdə baş vermiş tac kütlə atılmaları hesabına sentyabrın 16-sı günün yarısından başlayaraq G1(mülayim), sonradan G2 (orta) səviyyəli maqnit qasırğası baş verib. Gecə qasırğa səviyyəsi G3-ə (güclü) çatıb. Maqnit qasırğası sentyabrın 17-si günorta saatlarınadək davam edəcək. Günota saatlarından sonra Yerin geomaqnit sahəsi normal səviyyəyə düşəcək.

Geomaqnit qasırğası yüksək coğrafi enliklərdə G2-G3 səviyyəsində, orta coğrafi enlıiklərdə G1 səviyyəsində hiss olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti