...

DİM dövlət qulluğunda inzibati rəhbər vəzifələrə qəbul olmaq üçün test imtahanı keçirir

Cəmiyyət Materials 22 Sentyabr 2024 07:23 (UTC +04:00)
DİM dövlət qulluğunda inzibati rəhbər vəzifələrə qəbul olmaq üçün test imtahanı keçirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirir.

DİM-dən Trend-ə bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahan və kompüterlər vasitəsilə keçirilir. İmtahan vermək üçün 132 nəfər qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahanın yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Xəbər lenti

Xəbər lenti