...

Xocalıda Anım Günü ilə bağlı şəhidlərin xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2024 14:42 (UTC +04:00)
Xocalıda  Anım Günü ilə bağlı şəhidlərin xatirəsi yad edilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Xocalı rayonunda 27 Sentyabr - Anım Günü ilə bağlı şəhidlərin xatirəsi yad edilib.

Trend xəbər verir ki, anım mərasimində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də bu ərazilərdə fəaliyyət göstərən digər dövlət qurumlarının rəhbər işçiləri, müəllim, tələbə və şagirdlər iştirak edib.

Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Dövlətimiz tərəfindən Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətinin yüksək qiymətləndirildiyi, bütün şəhidlərimizin ruhunun ehtiramla anıldığı, xatirələrinin uca tutulduğu vurğulanıb.

Xəbər lenti

Xəbər lenti