Bakı. Trend:
bp şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında tələbə yataqxanalarının texniki məliyyə əsaslandırma sənədinin hazırlanmasına dair əməkdaşlıq memorandumu imzalanıb.
Trend xəbər verir ki, memorandum Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “British Petroleum”un Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli tərəfindən imzalanıb.
Qeyd edək ki, memorandum Təhsilin İnkişafı Forumu çərçivəsində imzalanıb.
Qeyd edək ki, Bakıda Təhsilin İnkişafı Forumu keçirilir. Təhsilin İnkişafı Forumu 2024-ün əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platforma təmin etmək və prosesi hərtərəfli dəstəkləməkdir.
Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti, iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.