...

Bakı metrosunda qatar depoya göndərildi - İntervalda yubanma yarandı

Cəmiyyət Materials 11 Oktyabr 2024 18:29 (UTC +04:00)
Bakı metrosunda qatar depoya göndərildi - İntervalda yubanma yarandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı metropoliteni"ndə qatar gecikib.

Trend xəbər verir ki, bu barədə metropoliten məlumat yayıb.

Bildirilib ki, "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən baxış keçirilib:

"Əlavə texniki baxış tələb olduğundan, "Bakı metropoliteni"nin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib.

Əvəzinə xəttə qatar verilib. Nəticədə, "qırmızı xətt" üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb".

Xəbər lenti

Xəbər lenti