Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti və yağan leysan xarakterli güclü yağışlar səbəbindən Hacıqabul stansiya ərazisində dəmiryol xətlərindən sel keçməsi ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.
Trend bu barədə QSC-yə istinadən məlumat verir.
Bununla əlaqədar hazırda ərazidə infrastruktura baxış keçirilir. Bu səbəblə qatarların qrafikində qismən gecikmə halları müşahidə olunacaq.
Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol
keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və
ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və
platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş
edirik.