Bakı. Trend:
Azərbaycan Dəmir Yolları QSC-nin rəhbərliyi və veteran dəmiryolçular 13 oktyabr - Dəmir yolu işçilərinin peşə bayramı və Azərbaycan dəmir yollarının yaranmasının 144 illiyi münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
Qeyd edilib ki, dəmir yollarının inkişafına misilsiz töhfələr vermiş Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi yad edilib.