Bakı.Trend:
Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas təşəbbüslərindən birinə çevrilməsi bədxah qonşularımız və onların bədxah havadarları da daxil olmaqla bir sıra xarici qüvvələri çox dərindən qıcıqlandırırıq.
Trend xəbər verir ki bunu, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri" mövzusunda keçirilən dəyirmi masada deyib.
"Bu gün Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib. Biz hər gün bunun şahidi oluruq. Amma Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas təşəbbüslərindən birinə çevrilməsi bədxah qonşularımız və onların bədxah havadarları da daxil olmaqla bir sıra xarici qüvvələri çox dərindən qıcıqlandırırıq. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar bizim bu uğurların, xüsusilə də 44 günlük Vətən müharibəsində zəfərin, sonradan ərazi bütövlüyümüzü, suverenliyimizi həzm edə bilmirlər",- o bildirib.