...

Müasir İncəsənət Muzeyində "Zero Waste" sərgisi keçirilir

Cəmiyyət Materials 2 Dekabr 2024 17:14 (UTC +04:00)
Müasir İncəsənət Muzeyində "Zero Waste" sərgisi keçirilir
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Ülviyyə Mahmudun rəhbərliyi altında fəaliyyət göstərən NARGIS Nəşriyyat Evi sosial və ekoloji layihələrə böyük önəm verir. Beş ildən artıqdır ki, NARGIS Nəşriyyat Evi ətraf mühitə məsuliyyətli yanaşmanı təbliğ edir, insanların fəaliyyətinin mənfi təsirləri haqqında ictimaiyyəti maarifləndirməyi və istehlak mədəniyyətinə təsir göstərməyi hədəfləyir. Bu müddət ərzində dörd böyük ekoloji sərgi təşkil edilib: "Make the Earth Smile" (2019), "Reduce, Reuse, Recycle, Respect" (2021), "Planet Calling" (2022) və "Go Green" (2023).

Bu il NARGIS yeni bir əhəmiyyətli ekoloji layihə olan "Zero Waste"i təqdim edir. Bu təşəbbüs, tullantıları azaldaraq, materialların optimal istehlakı və yenidən istifadəsi ilə ətraf mühiti qorumağı məqsəd qoyur.

"Zero Waste" sərgisi 26 noyabr tarixindən etibarən Müasir İncəsənət Muzeyində nümayiş olunur və 25 dekabr tarixinə qədər davam edəcək. Sərgi çərçivəsində qonaqlar "Wild Life" adlı fotosərgi ilə tanış ola bilərlər. Bu layihə, jurnal tərəfindən fotoqraf Aleksey Lyokin ilə birlikdə həyata keçirilib və Azərbaycanda müxtəlif bölgələrdə yaşayan nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin şəkillərindən ibarətdir.

Bundan əlavə, layihə dünyaca məşhur dizayn əsərlərindən ilhamlanaraq, təkrar emal edilmiş tullantılardan NARGIS üçün xüsusi olaraq hazırlanmış ekomebel sərgisini də əhatə edir. Daha öncə "Zero Waste" fotosərgisi və ekomebel COP29 çərçivəsində Green Zone-da yerləşən NARGIS pavilyonunda təqdim olunub.

4 dekabr tarixində sərgi çərçivəsində bağlı tədbir keçiriləcək. Burada "Sounds of the Ocean: A Mindful Underwater Journey" adlı immersiv film nümayiş olunacaq (layihənin müəllifləri – Joshua Sam Miller və Alice Lane). Bu film qonaqlara suyun və okeanın gücünü tam immersiya effekti ilə hiss etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti