...

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb - DİN

Cəmiyyət Materials 10 Dekabr 2024 10:42 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb - DİN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 9-da ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti