Bakı. Trend:
Bakının Səbail rayonunda seçicilərin yüksək fəallığı müşahidə edilir.
Trend-in müxbiri xəbər verir ki, 7 saylı Səbail seçki dairəsinin 10 saylı seçki məntəqəsində seçicilər səsvermə hüququndan istifadə etmək üçün səhər saatlarından məntəqəyə gəliblər.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.