Bakı. Trend:
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Trend xəbər verir ki, Baş prokuror Kamran Əliyev 15 saylı Yasamal Seçki Dairəsinin 15 saylı məntəqəsində səs verib.
Kamran Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir.
Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.