Bakı. Trend:
Bakının Nəsimi və Səbail rayonlarının seçiciləri bələdiyyə seçkilərində fəallıq nümayiş etdirirlər.
Trend-in müxbiri xəbər verir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində seçicilər səsvermə hüququndan istifadə etmək üçün səhər saatlarından məntəqəyə gəliblər.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.