Bakı.Trend:
Səhər saatları olmasına baxmayaraq seçicilər aktiv şəkildə səsvermədə iştirak edirlər.
Bunu Trend-ə açıqlamasında 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 15-ci seçki məntəqəsin sədri Həsənov Adil deyib.
O bildirib ki, məntəqə üzrə siyahıda 1 281 nəfər səsvermə hüququna malikdir.
“Saat 11:00-a olan müşahidələrimizə görə məntəqədə 200-ə yaxın şəxs səs verib. Bu fəallığın daha da artacağını gözləyirik.
Məntəqədə səsvermə üçün hər şərait təşkil edilib”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.