Bakı.Trend:
Məntəqəmizdə seçicilər üçün yüksək səviyyədə şərait yaradılıb.
Bunu Trend-ə açıqlamasında 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 12ci seçki məntəqəsinin sədri Sevil Ramazanova deyib.
O qeyd edib ki, məntəqə üzrə siyahıda 1 392 nəfər vətəndaş var.
“Səhər saatları olmasına baxmayaraq seçicilər aktivdir. Artıq səsverənlərin sayı 200 nəfəri keçib. Heç bir qayda pozuntusu qeydə alınmayıb”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.