Bakı. Trend:
Səhər saatlarından etibarən indiyədək 85 nəfər seçici öz səsvermə hüququndan istifadə edib.
Bu barədə Trend-ə 16 saylı Yasamal II Seçki Dairəsinin 19 saylı Seçki Məntəqəsinin sədri Aybəniz Qurbanova deyib.
O, məntəqə üzrə qeydiyyatda olan və indiyədək səsvermə hüququndan istifadə edən seçicilərin sayını açıqlayıb: “1 349 nəfər seçici məntəqə üzrə qeydiyyatdadır. Səhər saatlarından etibarən indiyədək 85 nəfər seçici öz səsvermə hüququndan istifadə edib”.
“Məntəqədə səsvermə üçün hər bir şərait yaradılıb. İndiyədək heç bir problem və ya qanun pozuntusu halına rast gəlinməyib”, - məntəqə sədri vurğulayıb.
Qeyd edək ki, saat 12:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 020 231 seçici səsvermə hüququndan istifadə edib. Seçici fəallığı 17,11 faiz olub.
Xatırladaq ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.