Bakı. Trend:
Azərbaycanda bələdiyyə seçkilərində səsvermə prosessi davam edir.
Trend xəbər verir ki, səsvermə prosessi başlandığı andan etibarən məntəqələrdə seçici fəallığı müşahidə edilir.
Qeyd edək ki, saat 12:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 020 231 seçici səsvermə hüququndan istifadə edib. Seçici fəallığı 17,11 faiz olub.
Xatırladaq ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.