...

Bakıda piyadalar üçün pilot layihələr həyata keçiriləcək

Cəmiyyət Materials 29 Yanvar 2025 15:28 (UTC +04:00)
Bakıda piyadalar üçün pilot layihələr həyata keçiriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Nəqliyyat Şurasının nəzarəti altında aidiyyatı qurumların iştirakı ilə piyada infrastrukturunun yaxşılaşdırılması üçün iki pilot layihə həyata keçiriləcək.

Trend xəbər verir ki, bu layihələrdən birincisi şəhər mərkəzində Təbriz, Akademik Həsən Əliyev və İslam Səfərli küçələrində, ikincisi isə şəhərətrafı ərazilər sayılan Binəqədi rayonu və Binə qəsəbəsində həyata keçiriləcək.

Pilot layihə uğurlu olarsa, bütün sonrakı layihələr piyada infrastrukturunun təşkil olunması üçün hazırlanmış prosedur çərçivəsində həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti