Bakı. Trend:
Xəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilin şüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əməli törətməkdə şübhəli bilinən Əli Cəbrayılov saxlanılıb.
Xəzər RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir
əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif
ünvanlarda yerləşən 7 evdən oğurluq edən Kamal Mustafayev, Rüfət
Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın
saxlanılıb.
Qeyd edək ki, dəstə üzvləri zərər çəkən ev sahiblərinə ümumilikdə
40 min manat maddi ziyan vurublar.
Araşdırmalar aparılır.