Bakı. Trend:
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni yaşayış kompleksinin tikintisi ilə bağlı işlərə başlayır.
Trend-in əldə etdiyi məlumata görə, agentlik yeni yaşayış kompleksinin Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində inşa edilməsini planlaşdırıb
Məlumata görə, artıq MİDA yaşayış kompleksinin tikintisi ilə əlaqədar layihə hazırlıqlarına başlayıb.
Agentlik sözügedən işlərin icrasına 619,5 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Qeyd edək ki, agentlik bir neçə müddət əvvəl Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 5,83 ha torpaq sahəsində yeni yaşayış kompleksinin inşa edilməsi işlərinə start vermişdi.