...

Ötən ay xaricdə təhsil almış 100-dən artıq şəxsin diplomu tanınmayıb

Cəmiyyət Materials 7 Fevral 2025 10:05 (UTC +04:00)
Ötən ay xaricdə təhsil almış 100-dən artıq şəxsin diplomu tanınmayıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar ayı üzrə 402 müraciətçinin 300-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Trend-ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 78, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, tədris yükü səbəbilə 2, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1, dövlət nümunəli olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

Qeyd edilib ki, ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 146, Rusiya Federasiyasından 102, Ukraynadan 51, Birləşmiş Krallıqdan 23, Gürcüstandan 17, Polşa Respublikasından 10, Macarıstandan 9, İtaliya Respublikasından 8, Belarus Respublikasından 6, Almaniya Federativ Respublikasından 5, Amerika Birləşmiş Ştatlarından 4, İsveç Krallığından 2, Niderland Krallığından 2, Qazaxıstan Respublikasından 2, Avstraliya İttifaqından 1, Belçika Krallığından 1, Çex Respublikasından 1, Estoniya Respublikasından 1, İndoneziya Respublikasından 1, İran İslam Respublikasından 1, İsveçrə Konfederasiyasından 1, Koreya Respublikasından 1, Latviya Respublikasından 1, Litva Respublikasından 1, Misir Ərəb Respublikasından 1, Özbəkistan Respublikasından 1, Pakistan İslam Respublikasından 1, Qırğız Respublikasından 1, Türkmənistandan 1 müraciətin olduğu müşahidə olunur.

"Ən çox müraciət olunan ixtisaslara gəlincə, biznesin idarə edilməsi üzrə 38, iqtisadiyyat üzrə 27, maliyyə üzrə 26, menecment üzrə 26, hüquqşünaslıq üzrə 20 müraciət qeydə alınmışdır", - deyə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti