...

2024-cü ildə 8 818 şəhid ailəsi üzvünə 17 497 sosial ödəniş təyin edilib

Cəmiyyət Materials 14 Mart 2025 11:06 (UTC +04:00)
2024-cü ildə 8 818 şəhid ailəsi üzvünə 17 497 sosial ödəniş təyin edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Postmüharibə dövründə 130 min unikal şəxs 369 min sosial dəstək tədbiri ilə əhatə olunub.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Belə ki:

  • 3 323 şəhidin (o cümlədən 86 mülki şəhidin) 8 818 ailə üzvünə 17 497 sosial ödəniş (8 613 Prezident təqaüdü, 5 666 sosial müavinət, 3 218 pensiya) təyin edilib;
  • bütün mülki şəhidlərin ailə üzvlərinə (229 nəfərə 480 ödəniş) sosial ödəniş təyinatları yekunlaşdırılıb;
  • 4 214 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə 8 428 sosial ödəniş təyin edilib;
  • 25,3 min şəxs məşğulluq tədbirlərinə (12,2 min şəxs özünüməşğulluq proqramına, 12 min şəxs işədüzəltməyə, 1,1 min şəxs peşə hazırlıq kurslarına) cəlb edilib;
  • 1 529 şəhid ailəsi üzvü, 886 nəfər müharibədə xəsarət alan şəxs və 2 812 nəfər müharibə iştirakçısı olmaqla ümumilikdə 5 227 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib;
  • məşğulluq marafonu çərçivəsində 690 işəgötürən tərəfindən 2 538 şəxs müvafiq işlə təmin olunub;
  • 6 800 mənzil şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan və həssas təbəqədən olan digər şəxslərə verilib;
  • 567 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib;
  • 2 954 ailənin üzvlərinə psixoloji dəstək göstərilmiş və ödənişsiz dərman verilib;
  • reabilitasiya müəssisələrində 3 506 nəfərə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib;
  • 491 hərbçi (I Qarabağ müharibəsi və Vətən müharibəsi) 607 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib;
  • 70 min reabilitasiya xidməti göstərilib.

DOST Agentliyinin strateji hədəflərinə əsasən, 17 regional “DOST” mərkəzi və 55 filial şəbəkəsinin təşkil olunması ilə ölkə əhalisinin tam əhatə edilməsi nəzərdə tutulur. 2024-cü il ərzində 251 min nəfərə proaktiv qaydada pensiya, sosial müavinət, təqaüd və birdəfəlik ödənişlər təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti