...

"Azəriqaz” bayramda gücləndirilmiş rejimində işləyəcək

Cəmiyyət Materials 19 Mart 2025 13:52 (UTC +04:00)
"Azəriqaz” bayramda gücləndirilmiş rejimində işləyəcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bayram günləri ilə əlaqədar “Azəriqaz” İB qeyri-iş günlərində gücləndirilmiş iş rejiminə keçəcək.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsi və Sumqayıt QİS-in Müştəri xidməti şöbəsi 20-31 mart tarixlərində saat 10:00-dan 16:00-kimi fəaliyyət göstərəcək. Xidmət Sabunçu, Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Həmçinin 20-24 və 29-31 mart tarixlərində BRQSD-nın və Sumqayıt QİS-in inzibati binalarında da vətəndaşlara xidmət göstəriləcək.

“ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində isə 20-24 və 29-31 mart tarixləri qeyri-iş günüdür. Mərkəzlərdə 25-28 mart tarixlərində vətəndaşlara xidmət göstəriləcək.

Abonentlərin nəzərinə çatdırılıb ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlarını göndərə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti