Bakı. Trend:
Binəqədi və Yasamal rayonlarında silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
"Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində 2 avtomat silahı, 2 patron darağı və 3 patron tapılaraq götürülüb. Həmçinin Yasamal rayonu ərazisində 4 vətəndaş 4 avtomat silahı, 4 patron darağı və 173 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib", - məlumatda qeyd edilib.