Bakı. Trend:
2024-cü ildə dünyada elektrik enerjisindən istifadə son onillikdəkindən daha çox artıb.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin illik hesabatında bildirilir. Qeyd olunur ki, tarixdə ilk dəfə neft mənşəli yanacağın payı 30 faizdən aşağı düşüb.
Agentlik qlobal elektrik istehlakının il ərzində 4 faiz, yaxud 1100 teravatsaat artdığını bildirir. İstehlakın artmasının başlıca səbəbi soyutmaya tələbatın artmasıdır. İqlim dəyişiklikləri nəticəsində kondisionerlərə və soyuduculara tələbat artır. Bundan başqa, nəqliyyatın elektrikləşməsi, data mərkəzlərinin yaradılması və süni intellektdən istifadənin genişlənməsi də elektrik enerjisi istehlakını sürətləndirir.