...

Respublika Fənn Olimpiadalarının final turu bu tarixlərdə keçiriləcək (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2025 16:58 (UTC +04:00)
Respublika Fənn Olimpiadalarının final turu bu tarixlərdə keçiriləcək (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Respublika Fənn Olimpiadalarının final mərhələsinin keçirilmə tarixləri müəyyən olunub.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, RFO-nun final turu İnformatika 25-26 aprel, Fizika fənni üzrə nəzəri tur və kimya 28 aprel, Fizika fənni üzrə praktiki tur 29 aprel, Biologiya fənni üzrə nəzəri tur və tarix 30 aprel, Biologiya fənni üzrə praktiki tur 1 may, Azərbaycan dili və ədəbiyyatı və Coğrafiya 2 may, Riyaziyyat 5-6 may tarixlərində keçiriləcək.

Məlumata görə, RFO-nun final turu bütün fənlər üzrə Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək.

"Koordinasiya prosesi isə kimya fənni üzrə onlayn şəkildə, digər fənlər üzrə isə əyani şəkildə Təhsil Texnologiyaları Mərkəzində keçiriləcək.

Final turunda iştirak hüququ qazanan şagirdlər buraxılış vərəqələrini portal.edu.az saytında şəxsi kabinetlərindən əldə edə bilərlər.

Olimpiadaların final mərhələsinə gələrkən şagirdlərdən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi gətirmələri tələb olunur",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti