Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri vəzifəsinə təyinat olub.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
Bildirilib ki, bu vəzifəyə Turxan Əhmədov təyin edilib.
Məlumata görə, T.Əhmədov kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, bu müddət ərzində müxtəlif nüfuzlu yerli və beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. Həmçinin, BP şirkətində Azərbaycan və Türkiyə üzrə kommunikasiya rəhbəri vəzifəsində fəaliyyət göstərib.
O, yeni təyinatadək “Nobel Energy” şirkətində İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbərlik edib.