...

Nüvə olmayan "hidrogen bombası" uğurla sınaqdan keçirilib

Cəmiyyət Materials 20 Aprel 2025 09:23 (UTC +04:00)

Bakı. Trend:

Çinli tədqiqatçılar heç bir nüvə materialından istifadə etməyən hidrogen əsaslı partlayıcı qurğunu uğurla sınaqdan keçiriblər.

Trend-in məlumatına görə, bu barədə "South China Morning Post" qəzeti xəbər verib.

Məlumata əsasən, "nəzarət edilən sahə sınağında" "dağıdıcı kimyəvi zəncirvari reaksiya"nı işə salmaq mümkün olub.

Bildirilib ki, cihaz Çin Dövlət Gəmiqayırma Korporasiyasının Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb.

Bu bombada maqnezium hidrid adlı kimyəvi birləşmədən istifadə edilir. İki kiloqramlıq cihazın sınaq partlaması zamanı temperaturu 1000 dərəcə Selsidən çox olan alov topu yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti