...

Polis paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib

Cəmiyyət Materials 24 Aprel 2025 12:39 (UTC +04:00)
Polis paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Suraxanı və Nərimanov rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlər zamanı 32 yaşlı E.İsmayılov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı N.Şıxəliyev saxlanılıblar.

Onlardan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana, tiryək, heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti