...

Dövlətin nəzarətindən kənarda dini təhsil verilməsi insan alveri sayılmalıdır - Fazil Mustafa

Cəmiyyət Materials 16 May 2025 11:57 (UTC +04:00)
Dövlətin nəzarətindən kənarda dini təhsil verilməsi insan alveri sayılmalıdır - Fazil Mustafa
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Valideynlər övladlarının məktəbə getməyib başqa yerdə dini təhsil almaları üçün hansısa məktəb direktoruna pul veriblər. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Bununla bağlı qanunvericilikdə dəyişiklik edib dövlətin nəzarətindən kənarda dini təhsil alanlar insan alveri qurbanları kimi xarakterizə edilməlidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bu istiqamətdə dünyəvi dövlətin prinsiplərini tətbiq edilməlidir.

“Hansısa bir şəkildə uşaqların məktəblərdəki dünyəvi təhsildən uzaq düşməsinə imkan verilməməlidir. Təbii ki, inanclara görə insanlar dini təhsil ala bilərlər. Amma bunu dövlətin nəzarətində olan müəssisələrdə etməlidirlər. Dövlət də bu məsələni mütləq öz nəzarətində saxlamalıdır. Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən də Prezident Administrasiyasına qanunvericilikdə dəyişiklik təklifi olsa, bu sahənin də insan alveri kateqoriyasına aid edilməsi təmin edilsə, bu, müsbət olar”, - deyə F.Mustafa qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti