Bakı.Trend:
Bakının Nizami rayonu, Babək prospektinin Lütfi Zadə küçəsi və Məşədi Hilal Kazımov küçəsi ilə kəsişmələrində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir
Məlumata görə, sabah səhər saat 10:00-dan 18 may saat 20:00-dək Bakı şəhəri, Nizami rayonu, Babək prospektinin Lütfi Zadə küçəsi və Məşədi Hilal Kazımov küçəsi ilə kəsişmələrində (şəhər istiqamətində körpüyə girişdə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.