Bakı.Trend:
Qarabağ və Şərqi Zəngəzur Təbii Ehtiyatları Atlasının Atlasın hazırlanmasında AMEA-nın bir neçə institutun fəaliyyəti olub.
Trend xəbər verir ki, bu barədə Qarabağ və Şərqi Zəngəzur Təbii Ehtiyatları Atlasının təqdimat mərasimində çıxışı zamanı alim Akif Əlizadə deyib.
Onun sözlərinə görə, atlasın Azərbaycanın gələcəyində böyük rolu olacaq.
"Atlasın fərqləndirici bir xüsusiyyəti odur ki, hər bir tematik xəritənin izahedici mətni var. Atlas Azərbaycan, rus və ingilis dillərində çap olunub. Biz atlasdan istifadə imkanlarının geniş olması üçün belə etdik. Rus və ingilis dillərində araşdırma aparan mütəxəssislər də bu şəkildə ətraflı haqqında məlumat ala biləcəklər",- deyə o qeyd edib.