Bakı.Trend:
Bu atlas quruculuq istiqamətində atılmış vacib addımdır.
Trend xəbər verir ki, bunu bu gün Qarabağ və Şərqi Zəngəzur Təbii Ehtiyatları Atlasının təqdimat mərasimində çıxışı zamanı AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.
O qeyd edib ki, atlas Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurla əlaqədar keçirdiyi siyasətə elmin ən yüksək cavabıdır.
"Bu atlas əslində Qarabağın bütün coğrafiyasını əhatə edir. Ən əhəmiyyətli cəhətlərdən biri də odur ki, xəritələr geoloji əhəmiyyət kəsb etməklə bərabər yeni çəkilmiş xəritələrdir. Bu xəritələr azad Qarabağın ilk xəritələrdir. Burada müəyyən tarixi məlumatlar da qeyd olunub. Atlas geoloji cəhətdən olduğu kimi tarixi aspektdən də vacibdir."
İ.Həbibbəyli vurğulayıb ki, bu toponimiya və dilçilik cəhətdən də çox vacibdir.
"Bu ilk növbədə Qarabağ və şərqi Zəngəzurun öyrənilməsi üçün çox əhəmiyyətli mənbədir. Mən hesab edirəm ki, bu atlas Qarabağ və Şərqi Zəngəzurun geoloji pasportudur. Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası geoloji cəhətdən olduğu kimi folklor etnoqrafiya, dilçilik elmi üçün də böyük əhəmiyyətə malikdir. Mən bunu geologiya institutunun Azərbaycan elminə təqdim etdiyi töhfə hesab edirəm", - deyə o fikrini tamamlayıb.