Bakı. Trend:
Mən bilmirəm ki, onlara kim ekspert adı verib.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Facebookda, tiktokda status yazmaq la ekspertmi olunur.
Desinlər görüm onların təhsili nədi, neçə il müəllim işləyiblər. Adlarını desinlər mən baxım görüm onlar neçə balla hansı universitetə qəbul olublar. Bəziləri məşhurluq xətrinə, bəlkə də pul qazanmaq xətrinə otururb status yazırlar"- deyə əlavə edib.