Bakı. Trend:
Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin vəfat edib.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən bildirilib.
Bildirilib ki, hərbi qulluqçusu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində dünyanısı dəyişib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.