...

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqaviləni yeniləyib

İdman Materials 8 İyun 2025 16:11 (UTC +04:00)
“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqaviləni yeniləyib

Bakı. Trend:

"Araz-Naxçıvan" futbolçusu Vanderson Melo ilə yeni müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə klubdan xəbər veriblər.

Məlumata əsasən, braziliyalı yarımmüdafiəçi daha bir il Naxçıvan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Slavik Alxasov və Qara Qarayevlə müqavilənin müddətini uzadıb, Vadim Abdullayevlə yollarını ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti