Bakı. Trend:
Bu gün saat 11 radələrində Qax rayonunun Güllük kəndi ərazisində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hunday” daha sonra isə “Honda” markalı avtomobilə çırpılıb.
Trend xəbər verir ki, nəticədə “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri - 43 yaşlı Gülər İsmayılov, 20 yaşlı Qalib İsmayılov, eləcə də “Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.